Raul "Real"a dönür

18:55 - 3 May 2019

İspaniya millisinin sabiq futbolçusu Raul Qonsales Madrid "Real" klubuna qayıdacaq.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu sabiq klubunda məşqçi kimi çalışacaq.

 

UEFA-nın Pro lisenziyasını iyunda bitirəcək mütəxəssis sertifikat alacaq. Kateqoriya alandan sonra Raul "Real"ın B komandasında baş məşqçi kimi işləyəcək.

 

Raul "Real"da 550 oyuna 228 qol vurub.

Xəbər xətti