"FIFA Dünya Bankı" yaradılır - tarixi qərar

18:21 - 3 May 2019

FIFA tarixi dəyişikliyə hazırlaşır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ali futbol qurumu transferlərdəki bütün qayda pozuntularına, ödənilməyən pullara və "yeyinti"yə nəzarəti ciddiləşdirəcək.

 

FIFA-nı ən çox narahat edən məqamlardan biri transferlər zamanı futbolçunun 12-23 yaşda oynadığı klubuna "Yetişdirmə haqqı"nın ödənməməsidir. Bu məsələdə hər il ən azı 55 milyon avroluq qayda pozuntusu olur. Böyük klublar bu ödəmədə problem yaratmasa da, digər komandalarda vəziyyət fərqlidir.

 

FIFA-nın prezidenti Canni İnfantino və qurumun hüquq direktoru Emilio Qarsiya Siveyro böyük heyətlə bütün transferlərin yer alacağı və hesabların izlənəcəyi bank qurmaq fikrindədir. Yeni bankla qayda pozuntularının sayı azalacaq.

 

Emilio Qarsiya açıqlamasında banka "FIFA Dünya Bankı" adının veriləcəyini deyib: "Bir transferin neçəyə başa gəldiyini, agentin nə qədər qazandığını, yetişdirən klublara nə qədər çatacağı və digər məsələlərin hamısı bankda yer alacaq. Buna bütün tərəflər şəffaf şəkildə kontrol edəcək. Bundan əlavə, transferdə etiraz edən tərəfin müraciətinə dərhal baxılacaq və bütün pulların doğru ödənilməsi həll ediləcək".

 

FIFA gənc futbolçuların transfer məsələsində də narahatdır. Ali futbol qurumu "Çelsi" örnəyi ilə bunu anlayıb. London təmsilçisi bu mövsüm 53 futbolçunu icarəyə verib. "Çelsi"nin hazırda 100-dən çox futbolçusu icarədədir və onların transfer hüququna sahibdir. FIFA bunun "ticarət" halına gəldiyini anlayıb və qərarlar üçün hazırlaşır.

 

Bundan əlavə, FIFA peşəkar futbolçulara maaş limitini tətbiq etmək üçün yeni komitə yaradacaq.

Xəbər xətti