"Real"ın futbolçusu "Yuventus"un hədəfində

"Real"ın qapıçısı Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, A Seriyada çempion olan "Yuventus" kosta-rikalı qapıçı üçün təklif göndərməyə hazırlaşır. Madrid klubunda əsas heyətdəki yerini itirən 32 yaşlı əlcək sahibi ayrılıq qərarı verib.

 

Navasın "kral klubu" ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək. O, cari mövsüm 20 oyunda qapısından 19 top buraxıb və 7 matçda çərçivəni toxunulmaz saxlayıb.

Tarix: 6 May [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio