I Divizion klublarının cəzası açıqlandı

13:37 - 7 May 2019

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Zaqatala” – “Neftçi-2” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Stadionda radio məlumat olmadığına görə, “Zaqatala” klubu 160 manat cərimə olunub.

 

“Sabah-2” – “Qarabağ-2” matçı “Qarabağ-2” komandası üzündən 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Sabah-2” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.

 

“Qaradağ Lökbatan” – MOİK matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Zirə-2” – “Sumqayıt-2” matcının 80-cı dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Səbail-2” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə, “Turan Tovuz” klubu 80 manat cərimə olunub.

Xəbər xətti