Van Persi karyerasını başa vurur

18:10 - 10 May 2019

Hollandiya millisinin sabiq üzvü Robin van Persi mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Rotterdam klubunun baş məşqçisi Covanni van Bronkxost deyib. O, Van Persinin "De Kuip"də "Den Haaq"la baş tutacaq matçda son dəfə "Feyenoord" forması geyəcəyini deyib: "Robin hazırdır və bazar günü meydanda olacaq. Bu oyunda çox əylənməsini istəyirəm. Van Persinin son matçı olacaq. Həmin görüş üçün kifayət qədər enerjisi var".

 

35 yaşlı hücumçu peşəkar karyerasına "Feyenoord"da başlayıb. Hollandiyalı futbolçu "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça"da da çıxış edib.

Xəbər xətti