Slavçev "Qarabağ"dan ayrılacaq? - açıqladı

10:37 - 14 May 2019

"Qarabağ"dan ayrılacağı iddia edilən Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az bong.bg saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Ağdam klubundan ayrılmayacağını bildirib:

 

"Mən "Qarabağ"ın bir parçasıyam, müqaviləm var. Yeni gələndə uyğunlaşmaq üçün zaman lazım idi. Kollektivdə hər kəslə yaxşı münasibətim var, bir ailə kimiyik. Əlimdən gələnin ən yaxşısını etməyə və "Qarabağ"la növbəti dəfə çempion olmağa motivasiya oluram".

 

Slavçev ötən yay Lissabonun "Sportinq" klubundan "Qarabağ"a keçib. Bolqarıstan millisinin üzvü cari mövsüm 24 oyuna 2 qol vurub.

Xəbər xətti