İran millisində belçikalı baş məşqçi

14:59 - 15 May 2019

İran millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, yığmanı Mark Vilmots çalışdıracaq. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac belçikalı mütəxəssislə DÇ-2022-nin sonuna qədər müqavilə imzalandığını açıqlayıb. O, bu postda portuqaliyalı mütəxəssis Karluş Keyruşu əvəz edib.

 

50 yaşlı çalışdırıcı sonuncu dəfə Kot-d-İvuar yığma komandasında baş məşqçi olub. Vilmots 2017-ci ildən işsiz idi.

Xəbər xətti