Bundesliqa klubunda baş məşqçi təyinatı

17:57 - 20 May 2019

Almaniyanın "Ştutqart" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi "Holştain"i çalışdıran Tim Valterlə anlaşma əldə edilib. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

"Ştutqart" Bundesliqada mövsümü 16-cı yerdə başa vurub. Komanda II Bundesliqada mövsümü 3-cü yerdə bitirən "Yunion Berlin"lə "play-out" oynayacaq. Dueldə qalib gələn Bundesliqada çıxış edəcək.

Xəbər xətti