FIFA yekun qərar verdi: DÇ-2022-də neçə komanda iştirak edəcək?

00:45 - 23 May 2019

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında neçə komandanın iştirak edəcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, turnir 32 komandanın iştirakı ilə keçiriləcək.

 

Ali futbol qurumu bir müddət öncə 48 komandalı turniri DÇ-2022-də həyata keçirməyi düşünürdü. Yekun müzakirələrdən sonra DÇ-2022-də 32 komandanın iştirakı təsdiqlənib.

 

FIFA daha öncə açıqladığı kimi, ABŞ, Kanda və Meksikada keçiriləcək DÇ-2026-da 48 ölkənin turnirə qatılacağını bəyan edib.

 

Qeyd edək ki, DÇ-2022 iqlim şəraitinə görə noyabrın 21-də başlayacaq və dekabrın 18-də başa çatacaq.

Xəbər xətti