La Liqa klublarının Falkao mübarizəsi

14:52 - 25 May 2019

Mövsümün sonunda "Monako"nu tərk edəcək Radamel Falkao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

 

Sportal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı forvard "Valensiya" və "Atletiko"nun hədəfindədir. 33 yaşlı hücumçunun bu iki klubdan birinə jeçəcəyi iddia edilir.

 

Falkao 2013-cü ildən "knyazlıq klubu"nun formasını geyinir. Kolumbiya millisinin üzvü 2011-2013-cü illərdə "Atletiko"da çıxış edib.

Xəbər xətti