Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində

12:04 - 25 May 2019

"Neftçi"nin və Azərbaycan millisinin üzvü Mirabdulla Abbasov karyerasını Polşada davam etdirə bilər.

 

Sportal.az "Jabfootball"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Ekstraklasada mübarizə aparan "Lex"in radarına düşüb. Poznan təmsilçisi Abbasovun transferi üçün "Neftçi"yə təklif göndərəcək.

 

Mirabdullanın xidmətində "Səbail" klubu da maraqlıdır. Komandanın baş məşqçisi Aftandil Hacıyev bu keçid üçün təklif göndərəcəklərini açıqlamışdı.

 

Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 4 assist edib.

 

"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.

Xəbər xətti