"Sumqayıt" üçün 14 min 650 azarkeş

13:28 - 27 May 2019

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümü arxada qaldı. 28 turluq marafonun sonunda "Sumqayıt" 29 xalla çempionatı 6-cı pillədə bitirdi.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi arxada qalan mövsümün 14 ev qarşılaşmasının 5-ni müəyyən səbəblərə görə “Dalğa Arena” və “Bayıl Arena”da, qalan 9 matçı isə doğma meydanda - "Kapital Bank Arena"da keçirib. "Sumqayıt"ın ev oyunlarını 14 tur ərzində ümumilikdə 14 650 azarkeş izləyib. 

 

"Sumqayıt" klubu azarkeşlərə təşəkkürünü bildirib.

Xəbər xətti