Baqali Dabo: "Maaşdan şikayət etmək məcburiyyətində deyilik"

12:08 - 29 May 2019

"Neftçi"nin fransalı hücumçusu Baqali Dabo "France Footbal"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Azərbaycan futbolu ilə bağlı danışıb:

 

"Azərbaycanda futbol? Elə futbol kimi görünür (gülür). Stadionların dolu olduğu bəzi oyunlar var, digərlərində isə daha az azarkeş olur. Bu da komandalara bağlıdır. Azərbaycan Premyer Liqasının səviyyəsini Fransa I Liqasından III Liqasına kimi müqayisə etmək olar. Üç liqanın qarışı deyə bilərik. Mənim üçün hər şey yaxşı gedir. Hər il avrokuboklarda oynamaq fürsəti əldə etdim. Fransada komandalar seçmə mərhələlərdə çətinlik çəkir, hətta bura vəsiqə üçün savaşırlar. Məsələ burasındadır ki, biz avrokuboklarda mübarizəyə I təsnifat mərhələsində başlayırıq. Çempionatda hər mövsüm titul üçün oynayıram. Maaşdan şikayət etmək məcburriyətində deyilik (gülür). Bu, Liqa 1 və Liqa 2 səviyyəsindədir. Əsas klublara bağlıdır".

 

Dabo Premyer Liqada mövsümü 14 qolla tamamlayıb.

Xəbər xətti