"Neftçi" azarkeşlərindən gözlənilməz və təqdirəlayiq addım VİDEO

"Neftçi" "balacalar"ın sayəsində "Qarabağ"dan heyfini çıxdı

 

Bu gün “Zirə” PFK və “Şüvəlan” FK-nın birgə təşkil etdiyi “İnkişaf turniri"nin oyunları keçirilir.


Sportal.az xəbər verir ki, 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandaların yarışdığı turnirdə 3-cü turun 2 oyunu keçirilib. B qrupunda "Neftçi" "Qarabağ"la qarşılaşıb.

 

Bəlkə də, Premyer Liqadakı rəqabətin nəticəsidir ki, "Qarabağ"la matça "Neftçi"nin futbolçularını "Neftçimania" azarkeş qrupu dəstəkləməyə gəlmişdi. 30-a yaxın fanat oyun zamanı futbolçuları qələbəyə ruhlandırıb, şüarlar səsləndirib.

 

"Neftçi"nin futbolçuları da 3:1 hesablı qələbə qazanaraq, azarkeşlərin qarşılığını veriblər. "Ağ-qaralar"dan Rəvan Nağıyevlə (2 qol) Cavanşir Şahbazlı fərqlənib. Ağdamlıların yeganə qoluna hesab 0:3 olarkən Fidayə Əzizli imza atıb.

 

Qələbə sayəsində "Neftçi" qrupu lider tamamlayıb. "Qarabağ" isə qrupda qalıb.

 

Matç başa çatandan sonra azarkeş qrupu futbolçuları tribunaya tərəfə çağırıb. Fanatlar futbolçulara təşəkkür edib, nəğmələr oxuyub və pirotexniki vasitələrdən istifadə edərək, Premyer Liqa ab-havası yaradıblar.

 

Yeri gəlmişkən, A qrupunda baş tutan "Sumqayıt" - "Sabah-2004" matçında qonaqlar 3:1 hesabı ilə qalib gəlib. Böyük ehtimalla, B qrupunun qalibi olan "Neftçi"nin yarımfinaldakı rəqibi məhz "Sabah-2004" olacaq. 

 

3-cü tura axşam saatlarında baş tutacaq "Zirə" - "Sabah" və "Şüvəlan" - "Keşlə" matçları ilə yekun vurulacaq və bundan sonra yarımfinaldakı cütlərin adı məlum olacaq.

 

“İnkişaf turniri"nə maraq böyükdür. Bir çox klubun seleksiya məşqçiləri oyunları izləyir. Bu gün keçirilən "Qarabağ" - "Neftçi" oyununu U-17 yığma komandasının baş məşqçisi Vüqar Məmməd və "Sabah"ın əvəzedici komandasının çalışdırıcısı Rövşən Babayev izləyib.

 

 

Tarix: 31 May [15:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio