George Haci açıqladı: oğlu "Ayaks"la müqavilə imzalayır

18:53 - 31 May 2019

Rumıniyanın "Vitorul" klubunun baş məşqçisi George Haci komandasında çıxış edən oğlu Yanis Hacinin Hollandiya "Ayaks"ına transfer olmaq üzrə olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis anlaşmaya yaxın olduqlarını deyib:

 

"Ayaks"la Yanisin transferində anlaşmaya çox yaxınıq. Yanisin "Ayaks"da oynaması mənim üçün qeyri-adi hal olacaq. O, Rumıniyanın Xavisidir".

 

Hollandiya və Rumıniya mətbuatı Amsterdam təmsilçisinin bu keçid üçün 2 milyon avro ödəyəcəyini yazıb. Tərəflər anlaşsa, bu transferdən Hacinin əvvəlki klubu "Fiorentina" 25 faiz pay götürəcək.

 

1998-ci ildə İstanbulda doğulan Yanis Haci bu mövsüm 36 oyuna 14 qol vurub, 6 assist edib.

Xəbər xətti