Çempionlar Liqasının finalında sükut

18:19 - 1 İyun 2019

Çempionlar Liqasının "Tottenhem" və "Liverpul" arasında keçiriləcək final oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin vəfat etməsi səbəbindən final sükutla başlayacaq.

 

Xose Antonio Reyes kariyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib.

 

O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı.

 

Qeyd edək ki, bu gün Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər xətti