Quti baş məşqçi olmağa hazırlaşır

17:20 - 6 İyun 2019

"Beşiktaş"da köməkçi məşqçi olmuş Quti Hernandes üçün yeni iddia yayılıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis ölkəsində çalışa bilər. 42 yaşlı mütəxəssisin Sequnda təmsilçisi "Almeriya"nın baş məşqçisi olacağı gözlənilir.

 

Əndəlüsiyalıların 39 yaşlı baş məşqçisi Fran Fernandes komandadan ayrılacağını və klubdakı 7 illik dönəminin başa çatdığını bildirib.

 

Quti daha öncə "Real"ın akademiyasında çalışıb. O, ötən mövsüm "Beşiktaş"da Şenol Günəşin köməkçisi idi.

Xəbər xətti