Şəhriyar Rəhimov: "Azərbaycan xalqından üzr istəyirik"

01:44 - 12 İyun 2019

Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov AÇ-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Rəhimov oyunu şərh edib:

 

"Açıq demək lazımdır ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları top-klublarda çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyük hesablı məğlubiyyətimizə bəhanə deyil. Doğurdan da çox pis olmuşuq. Paltardəyişmə otağında heç kimin səsi çıxmırdı. Bu nəticəyə görə Azərbaycan xalqından üzr istəyirik. Ölkəmizi təmsil edirik. Biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim barədə pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı".

 

 

Xəbər xətti