"Bayern"in yeni hədəfi - Qaret Beyl

17:24 - 17 İyun 2019

"Real"dan ayrılacağı gözlənilən Qaret Beyl karyerasını "Bayern"də davam etdirə bilər.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Münhen klubu uelsli vingeri icarəyə götürmək istəyir. 

 

"Tottenhem" və "Mançester Yunayted"in yüksək maaş tələbinə görə imtina etdiyi futbolçunun "Bayern"ə keçmək ehtimalı daha yüksəkdir.

 

"Bayern" 2017-ci ildə "Real"dan Xames Rodriqesi iki illik icarəyə götürmüşdü.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm Madrid klubunda 42 oyuna 14 qol vurub, 6 assist edib.

 

Xəbər xətti