"Səbail"dən ayrıldı, Bundesliqa klubu ilə anlaşdı

10:40 - 18 İyun 2019

"Səbail"dən ayrılan Maudo Jarjuenin yeni klubu müəyyənləşib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, qvineya-bisaulu müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. 21 yaşlı futbolçu Bundesliqada mübarizə aparan "Avstriya" ilə anlaşıb. Vyana klubu Maudonun keçidini tezliklə rəsmən açıqlayacaq.

 

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi.

Xəbər xətti