Emin Mahmudov: "Mərhələni keçməyə çalışacağıq"

"Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticələrini dəyərləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:

 

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

 

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

Tarix: 18 İyun [19:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio