Yevgeni Koçukdan "Səbail"lə bağlı yekun qərar

00:36 - 19 İyun 2019

Avropa Liqasına Bolqarıstanda hazırlaşan "Səbail"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi müqaviləsi başa çatan Yevgeni Koçukdan nəhayət, müsbət cavab alıb. Moldova millisinin yarımmüdafiəçisi maaşını artırmağa müvəffəq olub. 26 yaşlı futbolçu bir az öncə "Səbail"lə müqavilə bağlamaq üçün komandanın Bransko şəhərindəki təlim-məşq toplanışına gəlib.

 

Koçuk ötən mövsüm meydana çıxdığı 27 oyunda 4 qol vurub.

Xəbər xətti