"İnter" ilk transferini açıqlamağa hazırlaşır

18:52 - 19 İyun 2019

İtaliyanın "İnter" klubu ilk transferini açıqlaya bilər.

 

Sportal.az "Sky Almania"ya istinadən xəbər verir ki, Milan təmsilçisi Almaniyanın "Herta" klubundan Valentino Lazaronu transfer etməyə yaxındır. Berlin təmsilçisi "İnter"in 25 milyon avroluq təklifini qəbul edib.

 

"Göy-qaralar"ın avstriyalı futbolçunun keçidini açıqlayacağı gözlənilir.

 

"Herta" 23 yaşlı cinah futbolçusunu 2018-ci ildə "Zalsburq"dan 6,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti