Xuan Mata ilə müqavilə imzalandı

23:31 - 19 İyun 2019

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" futbolçusu Xuan Mata ilə müqavilənin müddətini uzadıb. Mançester təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, "Mançester Yunayted" 31 yaşlı futbolçunu 2014-cü ildə "Çelsi"dən 45 milyon avroya transfer edib.

Xəbər xətti