"İnter" iki futbolçunu transfer etdi

13:29 - 20 İyun 2019

İtaliyanın "İnter" klubu iki futbolçu ilə müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi ötən yay “Sassuolo”dan icarəyə götürdüyü Matteo Politano ilə "Cenoa"dan icarəyə götürdüyü Eddi Salsedonun transfer hüququna yiyələnib.

 

“İnter” 25 yaşlı Politano üçün 20 milyon, 17 yaşlı Salsedo üçün 8 milyon avro təzminat ödəyib.

Xəbər xətti