Frenk Lempard "Çelsi" ilə anlaşdı

18:13 - 21 İyun 2019

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Klub prezidenti Roman Abramoviçlə görüşən ingiltərəli mütəxəssis üç illik müqavilə üçün razılığa gəlib.

 

Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. Bundan əlavə, Klod Makelele və akademiya məşqçisi Co Edvards da Lempardın məşqçi kollektivində çalışacaq.

 

"Çelsi" 41 yaşlı mütəxəssis üçün çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcək.

 

Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

Xəbər xətti