"Fənərbaxça" Adebayorla danışıqlara başladı

"Fənərbaxça" "Başakşəhər"dən ayrılan toqolu hücumçu Emmanuel Adebayoru transfer hədəfinə alıb.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" azad agent statusu daşıyan 35 yaşlı forvardla danışıqlara başlayıb. Tərəflər razılığa gəlsə, transfer reallaşacaq.

 

Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Təcrübəli futbolçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.

Tarix: 21 İyun [18:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio