"Qarabağ" yeni transferini açıqladı VİDEO

23:04 - 23 İyun 2019

“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə sosial şəbəkə hesablarında video yayımlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

28 yaşlı futbolçu yeni klubunda 9 nömrəli forma geyinəcək.

 

Son klubu "Kordoba" olan Romero vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. Amma burada karyerası cəmi 6 dəqiqədən ibarət olub. Karyerasına “Albasete”də başlayan solaxay oyunçu “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son çempionatda “Kordoba”nın heyətində 22 matça çıxıb və 8 qol vurub.

 

Xəbər xətti