"Partizani" - "Qarabağ" matçının başlama saatı açıqlandı

10:44 - 25 İyun 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Partizani” (Albaniya) - "Qarabağ" matçının başlama saatı məlum olub.

 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, iyulun 10-da Tiranadakı "Selman Stermazi" stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə 19:30-da reallaşacaq.

 

Cütün cavab oyunu isə bundan bir həftə sonra Bakıda - “Dalğa Arena”da baş tutacaq.

 

“Qarabağ” “Partizani” səddini aşacağı təqdirdə, növbəti mərhələdə “Dandolk” (İrlandiya) – “Riqa” (Latviya” cütünün qalibi iıə qarşlaşacaq.

Xəbər xətti