Qurban Qurbanov: "Oyundan oyuna daha yaxşı performans göstərəcəyik"

22:44 - 25 İyun 2019

Bu gün "Qarabağ" Avstriyada ikinci yoxlama oyununu keçirib və Rumıniyanın "Krayova" klubuyla 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

 

"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və  bir neçə qol epizodu yaratdıq. Üç gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komandaydı". 

Xəbər xətti