"Mançester Siti" Everton üçün təklif göndərdi

00:25 - 27 İyun 2019

"Mançester Siti" Braziliya millisinin üzvü Everton Soaresi transfer hədəfinə alıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı hücumçunun çıxış etdiyi Braziliya təmsilçisi "Qremio"ya 40 milyon avro təklif edib. Evertona 5 illik müqavilə təklif edilib. Transfer reallaşsa, futbolçunun illik maaşı 4,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Everton "Qremio"nun yetirməsidir.

Xəbər xətti