"Qarabağ"ın Rusiya klubu ilə oyununun saatı açıqlandı

15:28 - 27 İyun 2019

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununun başlama saatı müəyyənləşib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Rusiya təmsilçisi "Ufa"ya qarşı keçiriləcək görüş sabah Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Qurban Qurbanovun çalışdırdığı kollektiv ikinci sınaq matçında Rumıniyanın "Krayova" klubu ilə 0:0 hesablı heç-heçə edib.

 

Komanda son yoxlama görüşünü iyulun 2-də Çexiyanın “Viktoriya” klubu ilə keçirəcək.

Xəbər xətti