"Nottingem Forest"də baş məşqçi dəyişikliyi

17:02 - 28 İyun 2019

İngiltərə Çempionşip təmsilçisi "Nottingem Forest"də baş məşqçi dəyişikliyi reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Martin Onil istefaya göndərilib. 67 yaşlı şimali irlandiyalı mütəxəssisin müqaviləsinə xitam verilib.

 

Klubun baş məşqçi postuna Sabri Lyamuşi gətirilib. Tunis əsilli fransalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

47 yaşlı baş məşqçi sonuncu dəfə 2017/18 mövsümündə Fransanın "Renn" klubunu çalışdırıb.

Xəbər xətti