Ramil Şeydayev "Dinamo"da debüt elədi

22:41 - 2 İyul 2019

Bu gün Rusiya Premyer Liqasında çıxış edən "Dinamo"ya transfer olan Azərbaycan millisinin üzvü Ramil Şeydayev yeni komandasında debüt edib.

 

Sportal.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan Moskva klubu Çexiya təmsilçisi "Sparta" (Praqa) ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Ramil qarşılaşmann 46-cı dəqiqəsində meydana daxil olub və debüt edib.

Xəbər xətti