"Səbail"in avrokuboklarda debüt matçının biletləri satışda

13:07 - 4 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatya Krayova” matçının biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmaya olan biletlərin qiyməti 1-3 manat aralığında dəyişir. Biletləri iTicket.az saytından və bu şirkətin bütün satış məntəqələrində əldə etmək mümkündür.

 

“ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatya Krayova” oyunu iyunun 11-də, saat 20:00-da başlayacaq.

Xəbər xətti