"Lokomotiv" Rusiya Super Kubokunun qalibi oldu - VİDEO

12:48 - 7 İyul 2019

Rusiya Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm Premyer Liqanın qalibi "Zenit"lə ölkə kubokunu qazanan "Lokomotiv" üz-üzə gəlib. Moskvadakı "VTB Arena"da keçirilən matçda Moskva klubu 3:2 hesablı qələbə qazanıb.

 

"Lokomotiv" daha öncə 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək, Super Kuboku qazanmışdı.

 

"Lokomotiv"in baş məşqçisi "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomindir.

 

"Zenit" - "Lokomotiv" - 2:3

Qollar: Fyodor Smolov, 6, Aleksey Mirançuk, 78, 81 - Sərdar Azmun, 45, 52

 

Xəbər xətti