"İnter"dən 50 milyonluq transfer

01:30 - 13 İyul 2019

İtaliyanın "İnter" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Kalyari"nin yarımmüdafiəçisi Nikolo Barellanı bir illik icarəyə götürüb.

 

"Göy-qaralar" 22 yaşlı futbolçunu mövsümün sonunda təzminat ödəməklə transfer hüququna sahib çıxmağa məcburdur.

 

İtaliya mətbuatı bu keçidin "İnter"ə bonuslarla birgə 50 milyon avroya başa gəldiyini yazıb.

 

Barellanın illik maaşı 2,5 milyon avro olacaq.

 

İtaliya millisinin üzvü "Kalyari"nin yetirməsidir. Barella 2014-cü ildə saridinyalılarda peşəkar karyeraya başlayıb.

Xəbər xətti