"İnter" Mauro İkardi üçün yeni qərar verdi

18:45 - 13 İyul 2019

İtaliyanın "İnter" klubu yolları ayırmağa qərar verdiyi Mauro İkardinin transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Milan təmsilçisi argentinalı forvardın transferindən ən azı 50 milyon avro qazanmağı planlaşdırır.

 

Klub saytı İkardinin Asiya toplanışına aparılmayacağını bəyan edib.

 

"Real", "Yuventus" və "Napoli"nin 26 yaşlı forvardla maraqlandığı xəbərdə qeyd edilib.

 

"Göy-qaralar"ın direktoru Beppe Marotta İkardi və Raca Nainqqolanla yolları ayıracaqlarını açıqlamışdı.

 

"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.

Xəbər xətti