"Barselona" müdafiəçisini icarəyə verdi

12:02 - 19 İyul 2019

"Barselona" sağ cinah müdafiəçisi Mark Kukurelyanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını "Xetafe"də davam etdirəcək. Klub saytının məlumatına görə, ispaniyalı oyunçu ilə bir illik müqavilə imzalanıb. Madrid təmsilçisi Kukurelyanı 6 milyon avroya transfer etmək hüququna malikdir. Bu reallaşsa, növbəti satışdan "Barselona" 40 faiz pay götürəcək.

 

Kataloniya klubu yetirməsini bir müddət öncə "Eybar"dan 4 milyon avroya geri qaytarmışdı.

Xəbər xətti