"Dandolk"un məşqçisi "Dalğa Arena"da Qarabağ"ın oyununu izləyib

17:17 - 19 İyul 2019

"Dandolk"ın baş məşqçisi Vinni Pörsün köməkçilərindən biri olan Stefen O`Donnel Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş "Qarabağ" - "Partizani" matçını stadiondan izləyib.

 

Sportal.az independent.ie saytına istinadən xəbər verir ki, "Dalğa Arena"da baş tutmuş matçı izləyən skaut rəhbəri "Qarabağ"ın oyununa heyran qalıb. O, baş məşqçi Vinni Pörsə lazım olan bilgiləri ötürüb.

 

"Qarabağ" sözügedən matçda Albaniya təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

 

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.

 

Xəbər xətti