"Real"ın sabiq futbolçusu Yunanıstan klubunda

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az sdna.gr saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Portuqaliyanın "Riu Ave" klubunun sol cinah müdafiəçisi Fabiu Koentraunu transfer edib. 31 yaşlı futbolçu tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Yunanıstana yollanıb. Portuqaliyalı futbolçu PAOK-a azad agent statusu ilə keçib.

 

Koentrau "Benfika", "Real", "Monako", "Sportinq" kimi klublarda çıxış edib. Müdafiəçi Portuqaliya yığmasında 52 oyuna 5 qol vurub.

 

Image

Tarix: 19 İyul [18:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio