Qaret Beyl "Real"dan ayrılır - Zidan açıqladı

İspaniyanın "Real" klubu vingeri Qaret Beyllə yolları ayıracaq.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan "Bayern"lə Beynəlxalq Çempionlar Kubokunun matçından sonra məlumat verib:

 

"Beyl oynamadı, çünki komandadan ayrılır. Ümid edirik ki, tezliklə bizdən ayrılacaq. Hər iki tərəf üçün yaxşı qərar olacaq. Onun yeni kluba transfer olması üçün çalışırıq. Beyllə şəxsi problemim yoxdur. Etməli olduğunuz məsələlərin də vaxtı yetişir. Qərarlar verməli və bəzi şeyləri dəyişdirməliyəm. Nə olacağını görəcəyik. Ancaq şəxsi problem məsələsi deyil. Hər biriniz bu durumu bilirsiniz. Futbolçu özü də bunu anlayır. Bu vəziyyət dəyişməlidir. 24 saat və 48 saat içində dəyişəcəyini bilmirəm, ancaq hər kəs üçün yaxşı sonluq olacağını bilirəm".

 

Fransalı mütəxəssis Xames Rodriqeslə bağlı danışmaq istəməyib:

 

"Heç bir şey deməyəcəm. Çünki o, bizimlə toplanışda deyil. Mən yalnız burada olan futbolçular üçün narahatam".

 

"Real" Uels millisinin üzvünü 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.

Tarix: 21 İyul [12:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio