Brahiminin yeni klubu məlum oldu

15:45 - 22 İyul 2019

"Portu" ilə müqaviləsi başa çatan Yasin Brahiminin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. Əlcəzair millisinin üzvü yüksək liqa təmsilçisi "Əl-Rayyan"la anlaşıb. Klub saytı futbolçunun tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacağını açıqlayıb. Əlcəzairli futbolçu Qətər klubuna azad agent statusu ilə keçib.

 

"Portu" Brahimini 2014-cü ildə "Qranada"dan 6,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti