"Qarabağ" İrlandiyaya yollandı

16:47 - 22 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın “Dandolk” klubunun qonağı olacaq “Qarabağ” səfərə yollanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu 16:00-da çarter reysi ilə Dublinə yola düşüb. Komandanı 6,5 saatlıq uçuş gözləyir.

 

"Qarabağ" sabah matçın keçiriləcəyi "Oriel Park"da oyun öncəsi son məşqinə çıxacaq.

 

“Dandolk” – “Qarabağ” oyunu iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Xəbər xətti