"Leyptsiq" "Çelsi"nin müdafiəçisini icarəyə götürdü

17:29 - 22 İyul 2019

"Çelsi" müdafiəçisi İtan Ampadunu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Uels millisinin üzvü karyerasını Almaniyada davam etdirəcək. Bundesliqa təmsilçisi "Leyptsiq" 18 yaşlı futbolçunu icarəyə götürüb. Klub saytının məlumatına görə, gənc oyunçu ilə bir illik müqavilə imzalanıb.

 

Ampadu 2017-ci ildə "Ekseter Siti"dən "Çelsi"yə keçib. O, 2017/18 mövsümündə UEFA Gənclər Liqasında "Çelsi"nin "Qarabağ"a qarşı keçirdiyi hər iki oyunda meydanda olub.

Xəbər xətti