Obradoviç "Sumqayıt"ın düşərgəsində

21:12 - 27 İyul 2019

Növbəti mövsüm üçün hazırlığını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün növbəti məşqini keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç də hazırlıq prosesini izləyib.

 

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda axşam məşqi ilə günü başa vurub.

 

 

 

Xəbər xətti