"Qarabağ", "Neftçi" və "Qəbələ"nin oyunları canlı yayımda

16:49 - 29 İyul 2019

Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ" və "Neftçi"nin cavab oyunları canlı yayımlayacaq.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu qəbul edəcək. İyulun 31-i, saat 21:00-da “Dalğa Arena” keçiriləcək oyunu "CBC Sport" kanalı canlı yayımlayacaq.

 

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la (Rusiya) keçirəcəyi matçı da "CBC Sport" kanalı canlı təqdim edəcək. Avqustun 1-i, "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.

 

Avqustun 1-i Tbilisidə keçiriləcək "Dinamo" – "Qəbələ" matçı isə saat 21:00-da "CBC İnternational"la canlı yayımlanacaq.

 

Xəbər xətti