Tərlan Əhmədov: "Komandanın sərgilədiyi oyundan razı qaldım"

"Keşlə" Türkiyədə ilk təlim məşq toplanışında yerli "Osmanlıspor" klubu ilə yoxlama matçı keçirib və 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov matç barədə fikirlərini açıqlayıb:

 

“Bu gün komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, bu gün komanda güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardı. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.

Tarix: 1 Avqust [10:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio