APOEL "Qarabağ"la oyunun biletlərini satışa çıxardı

16:57 - 1 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək APOEL matçın biletlərini satışa çıxarıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 1, 5, 7, 10 və 15 avro arasında dəyişir.

 

APOEL - "Qarabağ" matçı avqustun 6-da, Nikosiya şəhərindəki GSP stadionunda keçiriləcək. Stadionun azarkeş tutumu 22, 859 azarkeşdir.

Xəbər xətti