APOEL-in yeni çalışdırıcısı "Borussiya"nın keçmiş baş məşqçisi olacaq

13:05 - 8 Avqust 2019

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

 

Sportal.az 24spor.com-a istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin yeni baş məşqçisi almaniyalı mütəxəssis Tomas Doll olacaq. APOEL rəhbərliyi 53 yaşlı mütəxəssislə ilkin danışıqlar aparıb. Dollun Nikosiya şəhərinə yollandığı qeyd edilib.

 

Son olaraq "Hannover"i çalışdıran Tomas Doll "Hamburq", "Borussiya" (Dortmund), "Gənclərbirliyi", "Əl-Hilal", "Ferentsvaroş" klublarının da baş məşqçisi olub.

 

"Qarabağ" - APOEL oyunu avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Xəbər xətti